Avropa Liqasının təsnifat mərhələsinin III turu çərçivəsində keçiriləcək “Qəbələ” – “Panatinaikos” (Yunanıstan) cavab oyununun biletləri satışa çıxarılıb. Avropa Liqasının təsnifat mərhələsinin III turu çərçivəsində keçiriləcək “Qəbələ” – “Panatinaikos” (Yunanıstan) cavab oyununun biletləri satışa çıxarılıb.

“Qəbələ” - “Panatinaikos” oyununun biletləri satışda

Avropa Liqasının təsnifat mərhələsinin III turu çərçivəsində keçiriləcək “Qəbələ” – “Panatinaikos” (Yunanıstan) cavab oyununun biletləri satışa çıxarılıb.

AzNews.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletləri bu gündən etibarən Tofiq Bəhramov adına Respublika stadionunun (“Gənclik” metrosu yaxınlığı) və 8-ci kilometr qəsəbə stadionunun kassalarından almaq olar.

Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Qeyd edək ki, 8-ci km qəsəbə stadionunda keçiriləcək “Qəbələ” – “Panatinaikos” matçı avqustun 3-ü saat 21:00-da başlayacaq.