Zakir Fərəcov şöbə müdirini işdən qovdu - Özəl

Abşeron rayon İcra Hakmiyyətində kadr dəyişikliyi


AzNews.az-a daxil olan məlumata görə, icra hakimiyyətinin başçısı Zakir Fərəcov şöbə müdiri Əli Baxşəliyevi vəzifəsindən azad edib.

Baxşəliyev Əli İsa oğlu icra hakimiyyətində mühüm bir şöbəyə- Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə rəbərlik edirdi.

İcra başçısının onu vəzifəsindən azad etməsinə səbəb işində ciddi nöqsanlara yol verməsi olub.

Azər
AzNews.az