- Köhnə - Cəmiyyət
- 17 İyun 2013 08:23
- 1 815
1000 nəfər məhkum işlə təmin olunub
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, daha geniş məhkum kütləsinin əməyə cəlb olunmasının zəruriliyi nəzərə alınaraq yeni iş yerlərinin təşkili istiqamətində tədbirlər görülür.
Bu sahədə həyata keçirilən son tədbir 7 saylı cəzaçəkmə müəssisəsində daha 5 nəfər məhkumun işlə təmin olunmasına şərait yaradan istixananın təşkili olub.
Belə ki, müəssisənin istehsalat sahəsində istifadəsiz olan 250 kv. metr sahədə istehsalatdan əldə edilmiş əlavə gəlir hesabına tərəvəz məhsullarının yetişdirilməsi məqsədilə bütün tələblərə cavab verən istixana təşkil edilib.
Cəza çəkənlərin mövcud imkanlar hesabına haqqı ödənilən əməyə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.
AzNews.az