Metropolitendən AFFA-ya cavab gəldi

Bakı Metropoliteni AFFA-nın müraciətini rəsmən cavablandırıb. Bu barədə Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva lent.az-a açıqlamasında bildirib.

"Oktyabrın 16-na keçən gecə qatarlar son sərnişini daşıyanadək işləyəcəklər. Bu addım Azərbaycan və Rusiya yığmaları arasında keçiriləcək 2014-cü il dünya çempionatının seçmə qrup matçından çıxan azarkeşlərin metro ilə evlərinə rahat çata bilmələri üçün atılıb".

Qeyd edək ki, oktyabrın 15-də Bakının 8-ci km qəsəbəsindəki "Bakcell Arena"da keçiriləcək Azərbaycan – Rusiya matçı saat 22:00-da başlanacaq.


AzNews.az