"Korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılacaq" "Korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılacaq"

“Məmurlar özlərini təvazökar aparmalıdır“- Prezident

"Korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılacaq"

İnformasiya-kommunikasiya texnologiyaları istiqamətində siyasətimiz davam etdiriləcək. Bu texnologiyalar həm ölkə iqtisadiyyatını inkişaf etdirir, eyni zamanda, məmur-vətəndaş münasibətlərini normal səviyyədə tənzimləyir və tənzimləməlidir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 19-da keçirilən andiçmə mərasimində deyib.

Prezident qeyd edib ki, bu məsələlərə də xüsusi diqqət göstərilməlidir:

"Məmur-vətəndaş münasibətləri sağlam zəmində qurulmalıdır. Məmurlar özlərini təvazökar aparmalıdırlar, insanlara qayğı göstərməlidirlər. Unutmamalıdırlar ki, onlar tutduğu vəzifələrdə xalqa xidmət etmək üçün işləyirlər və əlbəttə ki, xalqın bütün problemləri, bütün qayğıları öz həllini tapmalıdır".

Dövlət başçısı bildirib ki, növbəti illərdə korrupsiya və rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparılacaqdır: "Bu mübarizənin gözəl nəticələri vardır və bu istiqamətdə dövlət siyasəti birmənalıdır. Çox güclü siyasi iradə var ki, bu xoşagəlməz hallar Azərbaycandan götürülsün. Burada həm inzibati tədbirlər, cəza tədbirləri və sistem xarakterli islahatlar əminəm ki, növbəti 5 il ərzində bu sahədə daha da böyük nailiyyətlərə gətirib çıxaracaqdır".

Prezident böyük ümidlərinin əlbəttə ki, elektron xidmətlərə olduğunu söyləyib: "Elektron hökumət" layihəsi icra edilir, elektron xidmətlərin sayı artmalıdır. "ASAN xidmət"in qısa müddət ərzində böyük rəğbət qazanması bu əminliyi daha da artırır. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ümumxalq işi olmalıdır. Dövlət öz siyasətini aparacaqdır, ancaq, eyni zamanda, ictimaiyyət də bu işlərə fəal qoşulmalıdır, vətəndaşlar biganə qalmamalıdırlar və bütün xoşagəlməz hallar haqqında məlumatlar vaxtında dövlət orqanlarına çatdırılmalıdır".


AzNews.az