- Köhnə - Cəmiyyət
- 11 Noyabr 2013 09:39
- 5 721
Rauf Arifoğlu: “Dar günümüzdür”
Qəzetin baş redaktoru Rauf Arifoğlu bildirib ki, qəzet hazırda dar günlərini yaşayır və dəstəyə ehtiyacı var: "İndi bizim dar günümüzdür. Dəstəyə, duaya, telefon zənginə, abunə yazılmağınıza ehtiyacımız var. 3 min qəzetimiz dövriyyədən çıxarılıb. Onları bərpa etmək mümkün olmasa, çapımız tamamilə dayanacaq. Bu baxımdan, hər kəsdən qəzetimizə heç olmasa 1-2 aylıq abunə olmalarını istərdik.
Sabah, 12 noyabr saat 13-də isə qəzetimizdə abunə Marafonu keçiriləcək. Ziyalılarımızı, partiya liderlərini, inanclı qardaşlarımı, qəzet redaktorlarını, iş adamlarının təmsilçilərini marafona dəvət edirəm".
Elnur
AzNews.az