- Köhnə - Cəmiyyət
- 21 Noyabr 2013 22:22
- 4 514
Bakı qaranlığa qərq olub: səbəb açıqlanmır
Bu gün paytaxt Bakının müxtəlif rayonlarının elektrik enerjisi ilə təminatında ciddi problemlər yaranıb. Belə ki, günün müxtəlif saatlarında paytaxtın Nizami, Binəqədi, Xətai, Nərimanov, Xəzər və digər rayonlarında bir neçə saatlığa əhalinin enerji təminatında fasilələr qeydə alınıb. Maraqlıdır ki, "Bakıelektrik" eyni gündə şəhərin müxtəlif ərazilərinə enerji verilməsində yaranacaq fasilələr barədə əvvəlcədən sakinlərə xəbərdarlıq etməyib.
Halbuki "Azərsu" və ya "Azəriqaz" kimi qurumlar qaz və ya su təminatında yaranacaq fasilələr barədə əhaliyə bir neçə gün əvvəlcədən xəbərdarlıq edirlər. "Bakıelektrikşəbəkə" bu təcrübədən istifadə etməməklə yanaşı, fasilələrin yaranmasının səbəbləri barədə də ictimaiyyətə heç bir açıqlama verməyib. Məsələ ilə bağlı aidiyyəti qurumlar bizim də suallarımızı cavablandırmaqdan müxtəlif bəhanələrlə boyun qaçırdılar.
Elnur
AzNews.az