- Köhnə - Cəmiyyət
- 17 Dekabr 2013 12:12
- 1 563
Qeyri-iş günləri ilə bağlı Rəsmi qərar

Yanvarın 6-na qədər qeyri-iş günüdür
AzNews.az xəbər verir ki, Nazirlər Kabinetinin "İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında" qərarı dərc edilib.
Baş nazirin birinci müavini Yaqub Eyyubovun imzaladığı qərarda Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və ölkə başçısının 2006-cı il 18 dekabr tarixli 489 nömrəli fərmanının 2-ci hissəsinə istinad edilib.
"İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2013-cü ilin 28 və 29 dekabr istirahət günləri ilə 2014-cü ilin 3 və 6 yanvar iş günlərinin yeri dəyişdirilsin"-deyə qərarda bildirilib.
Bununla da dekabrın 31-i də daxil olmaqla yanvarın 6-na qədər qeyri-iş günü elan olunub.
AzNews.az