- Köhnə - Cəmiyyət
- 15 Fevral 2014 12:52
- 4 236
İnstitut direktoru: “Mütərəqqi ilahiyyatçı alimlər hazırlanmalıdır”

Bunu AzNews.az-a açıqlmasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva deyib.
İnstitut direktoru deyib ki, ilhahiyyətçi alimlərin hazırlanmasının tərəfdarı deyil. Çünki bəzən bu cür alimlərin bilikləri bir qədər məhdud olur.
Onun sözlərinə görə, hazırda Azərbaycanda mollalarının böyük əksəriyyəti dini təhsil görməyib:
"Sovet dövründə mollalar o qədər yaxşı dini təhsil ala bilməyiblər. Amma artıq müstəqilliyimizin 23-cü ilin yaşayırıq. Artıq vaxtdır ki, bizdə də savadlı mollalar yetişsin. Mollalarımızın əksəriyyəti ərəb dilin bilmir və nəticədə oxuduqları Quranın məğzini dərk etmirlər".
O hesab edib ki, ölkədə yeni nəsil din xadimlərin hazırlanmasına ehtiyac var: "Bu dini xadimlər ilk növbbədə Azərbaycançılıq idyelogiyasına xidmət etməlidirlər. Həmçinin, İslam və onun tarixini yaxşı bilməlidirlər. Bunlar İslam aləminə daxil olan millətləri moderinləşdirmə istiqamətində irəliyə aparmalıdırlar. Hər kəs maraqlı olmalıdır ki, cəmiyyət inkişaf etsin".
Amid
AzNews.az