- Köhnə - Cəmiyyət
- 4 Mart 2014 10:35
- 1 898
TQDK sədri Qusarda vətəndaşlarla görüşəcək

AzNews.az komissiyanın saytına istinadən xəbər verir ki, Qusar şəhərində keçiriləcək qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər. Qəbul martın 12-də, saat 11:00-da Qusar şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Qusar-Aşağı Ləyər yolunun 1-ci km) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Quba regional bölməsinə (Ünvan: Quba şəhəri, Fətəli xan küç., 8) müraciət etməlidirlər.
AzNews.az