Baş Prokurorluq: “Mətanət Əzizovanın evindən maddi sübutlar götürülüb“

Baş Prokurorluq hüquqmüdafiəçisi Mətanət Əzizovanın evində aparılan axtarışla bağlı məsələyə aydınlıq gətirib.

Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən AzNews.az - a verilən məlumata görə, Hüquqi qeydiyyat keçməyən Qadın Krizis Mərkəzi adlı Qeyri-Hökümət Təşkilatının rəhbəri Mətanət Əzizovanın qeydiyyatda olduğu və faktiki yaşadığı ünvanda Baş Prokurorluğun Ağır cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları tərəfindən məhkəmənin qərarı əsasında axtarış aparılmışdır.
Mənzildən iş üçün əhəmiyyət kəsb edən sənədlər və elektron daşıyıcıları aşkar edilərək maddi sübut kimi götürülmüşdür.

AzNews.az