Yağışlar başlayır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, oktyabrın 31-də Bakı və Abşeron yarmadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Cənub küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 21-26, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 31-də temperatur rejimində mühüm dəyişiklik olmasa da, respublikanın əsasən şimal və şərq rayonlarında hava şəraitinin tutqun olacağı, arabir qısamüddətli yağış yağacağı proqnozlaşdırılır.

Elnarə Əlosmanqızı
AzNews.az