Dərman qəbulunun yeni üsulu icad edilib. Dərman qəbulunun yeni üsulu icad edilib.

Dərman qəbulunun yeni üsulu

Dərman qəbulunun yeni üsulu icad edilib.

Rusiya və Avstraliya alimləri yapışqanlı bint (plastır) vasitəsilə dərman qəbulu üsulunu icad ediblər.

TASS xəbər verir ki, bu barədə layihə iştirakçılarından biri, Qriffits Universitetinin Təbiət elmləri kafedrasının müdiri, Seçenov Universitetinin Molekul Təbabəti İnstitutunun aparıcı elmi işçisi Yuri Anisimov məlumat verib.

Onun sözlərinə görə, yeni üsul dərmanın dəri səthinə yerləşdirilən yapışqanlı bintdə 0,5 millimetr uzunluğunda xüsusi mikro iynələr vasitəsilə tədricən, müəyyən vaxt ərzində orqanizmə yeridilməsindən ibarətdir.

Belə ki, həb vasitəsilə qəbul edilən dərmanlar əvvəlcə mədə-bağırsaq, kənar damarlar və qaraciyərə, ən sonda isə ümumi qan dövriyyəsinə daxil olduğu halda, yeni üsulla dərman birbaşa qan dövranı sisteminə yeridiləcək və heç bir ağrı, yaxud narahatlıq doğurmayacaq.(report.az)

© AzNews.az