O, hələlik müqavilə və futbol klubu ilə bağlı planlar barədə heç bir məlumat verməyib O, hələlik müqavilə və futbol klubu ilə bağlı planlar barədə heç bir məlumat verməyib

İlon Mask “Mançester Yunayted” futbol klubunu alıb

O, hələlik müqavilə və futbol klubu ilə bağlı planlar barədə heç bir məlumat verməyib

“Tesla”nın rəhbəri, amerikalı milyarder İlon Mask İngiltərənin ən titullu futbol klublarından birini - "Mançester Yunayted"i satın aldığını açıqlayıb.

Bu barədə “Report” İlon Maskın tviter səhifəsinə istinadən xəbər verir.

"Aydın olmaq üçün: mən Respublikaçılar Partiyasının sol yarısını və Demokratlar Partiyanın sağ yarısını dəstəkləyirəm. Həmçinin, "Mançester Yunayted"i satın alıram, xoş gəlmisiniz", - İlon Mask sosial şəbəkə hesabında yazıb.

O, hələlik müqavilə və futbol klubu ilə bağlı planlar barədə heç bir məlumat verməyib.

“Mançester Yunayted” 1878-ci ildə qurulub. Bu, İngiltərənin titulların sayına görə ən uğurlu klublarından biridir. Əvvəllər “Forbes” bütün aktivləri ilə birlikdə klubun dəyərini 4,6 milyard ABŞ dolları qiymətləndirib.