- Maraq dairəsi
- 17 Fevral 2023 11:30
- 7 269
Səudiyyə Ərəbistanı kosmosa göndərəcəyi ilk qadın astronavtı açıqlayıb

Səudiyyə Ərəbistanı yaxın aylarda kosmosa göndərməyi planlaşdırdığı ilk qadın astronavtın kimliyini açıqlayıb.
Aznews.az xəbər verir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi SPA tərəfindən verilən açıqlamada qeyd olunub.
Qadın astronavt Reyyane Bernavinin həmkarı Əli Əl-Karni ilə Beynəlxalq Kosmik Stansiyada (BKS) 10 gün qalacağı bildirilib.
İki astronavtın "Axiom Space" özəl kosmos şirkəti tərəfindən təşkil edilən kosmos missiyası çərçivəsində yazda ISS-ə uçacağı öyrənilib.
Mövsüm