"Qarabağ münaqişəsi tənzimlənməyib" "Qarabağ münaqişəsi tənzimlənməyib"

“Mən danışıqları Sarkisyanın dayandığı yerdən davam etdirmirəm” - Paşinyan

"Qarabağ münaqişəsi tənzimlənməyib"

“Mən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqları Serj Sarkisyanın nöqtə qoyduğu yerdən deyil, öz hesabımla aparıram. Bu çox vacib nüansdır”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnaslitlərin “siz danışıqları Serj Sarkisyanın dayandığı yerdən davam etdirirsiniz” sualına cavabında bildirib.

Hökumət başçısı danışıqların S.Sarkisyanın dayandığı yerdən davam etdirilməsi barədə məlumatların çaşqınlıq yaratdığını vurğulayıb.

N.Paşinyan qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə martın 29-da Vyanda keçirilən görüş səmərəli olub: “Qarabağ münaqişəsi tənzimlənməyib. Danışıqların heç biri səmərəli deyil. Bunun belə ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqların konstruktiv və müsbət atmosferdə keçdiyini bildirirlər. Biz bu mətni razılaşdırmışdıq”.(report.az)

AzNews.az