Onun işdən çıxacağı bu gün rəsmi şəkildə elan olunacaq Onun işdən çıxacağı bu gün rəsmi şəkildə elan olunacaq

Ermənistanın daxili işlər naziri istefa verdi

Onun işdən çıxacağı bu gün rəsmi şəkildə elan olunacaq

Ermənistan Polisinin rəisi (daxili işlər naziri) Valeri Osipyan istefa verib.

“Novosti-Armeniya”ya istinadən bildirilir ki, onun işdən çıxdığının bu gün rəsmi şəkildə elan olunacağı gözlənilir.

V.Osipyan istefa ərizəsini Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasından sonra yazıb.

Yerli KİV-in məlumatına əsasən, güc strukturlarının bütün rəhbərləri istefa verəcək.

Qeyd edək ki, sentyabrın 16-da Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan istefa verib. Elə həmin gün onun ərizəsi baş nazir və prezident tərəfindən təsdiqlənib.

Xatırladaq ki, V.Osipyan 1970-ci il aprelin 17-də Türkmənistanın Aşqabad şəhərində anadan olub. 1991-ci ildən Daxili İşlər Nazirliyində işləyir. O, 2012-2018-ci illərdə Yerevan Polis İdarəsi rəsisnin müavini olub. 2018-ci il mayın 10-da Ermənistanın Polis rəisi vəzifəsinə təyin edilib. (Report)