Mogerini dekabrın 1-dən etibarən Avropa diplomatiyasının rəhbəri vəzifəsinin icrasını dayandırıb Mogerini dekabrın 1-dən etibarən Avropa diplomatiyasının rəhbəri vəzifəsinin icrasını dayandırıb

Mogerini: Aİ Dağlıq Qarabağdakı "seçkilər"in konstitusiya və hüquqi çərçivələrini tanımır

Mogerini dekabrın 1-dən etibarən Avropa diplomatiyasının rəhbəri vəzifəsinin icrasını dayandırıb

Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağda keçirilən "seçkilər"in konstitusiya və hüquqi çərçivələrini tanımır.

Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogerini, Avropa Parlamentinin Bolqarıstandan olan üzvü İlhan Küçükün Ermənistan tərəfindən bu ilin sentyabrında işğal edilmiş Azərbaycan ərazilərində keçirilmiş qondarma "seçkilər" barədə səsləndirdiyi suala cavabında deyib.

F.Mogerininin cavabında deyilir: "Şərq Tərəfdaşlığı Sammitinin bəyannamələrində açıq şəkildə göstərilir ki, Avropa İttifaqı bütün tərəfdaşlarının, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləməyə sadiqdir. Eynilə, Avropa İttifaqı Dağlıq Qarabağda qondarma "seçkilər"in keçirildiyi konstitusiya və hüquqi çərçivələri tanımır. Bu cür prosedurlar Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinə xələl gətirə və ya danışıqlar prosesinə təsir göstərə bilməz".

Qeyd olunduğu kimi, Aİ ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin, o cümlədən Aİ-nin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi vasitəsi ilə sülh yolu ilə həllinə yönəlmiş səylərini dəstəkləməkdə davam edir.

Mogerini dekabrın 1-dən etibarən Avropa diplomatiyasının rəhbəri vəzifəsinin icrasını dayandırıb.