Bunu deputat Erkin Qədirli feysbukda yazıb Bunu deputat Erkin Qədirli feysbukda yazıb

“Müddətsiz atəşkəs anlaşması istənilən zaman bitə bilər”

Bunu deputat Erkin Qədirli feysbukda yazıb

“Atəşkəs anlaşmasının müddətsiz olması, onun uzunmüddətli olması anlamına gəlmir. Əksinə, müddətsiz atəşkəs anlaşması istənilən zaman bitə bilər”.

AzNews.az xəbər verir ki, bunu deputat Erkin Qədirli feysbukda yazıb. O qeyd edib ki, atəşkəsin mahiyyəti tərəflərin yaxşı niyyətli olmasındadır: “Tərəflərdən birinin elə bir niyyəti olmayanda, atəşkəs anlaşmasının heç bir anlamı olmur. Başqa sözlə, tərəflərdən biri atəşkəsə əməl etmirsə, qarşı tərəfin atəşkəsə əməl etmək öhdəliyi yaranmır.

Bunu beynəlxalq hüquq deyir. Kobud gerçəklik isə ondadır ki, daha öncə yazdığım kimi, atəşkəs heç kimin maraqlarına uyğun gəlmir. Əvvəlki tarazlıq pozulub, yenisi isə hələ yaranmayıb. Ordumuza eşq olsun!”.