İrəvanda 50-dən çox kriminal avtoritet saxlanıldı

Bu barədə Ermənistanın "shamshyan.com" saytı məlumat yayıb

İrəvanda kriminal avtoritetlərə qarşı xüsusi əməliyyat keçirilib.

AzNews.az xəbər verir ki, bu barədə Ermənistanın "shamshyan.com" saytı məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində 50-dən çox kriminal avtoritet saxlanılaraq müxtəlif polis şöbələrinə aparılıblar. Onların saxlanılma səbəbi açıqlanmır.

Qeyd edək ki, saxlanılanlar arasında “Pnduk”, “Kahin”, “Katsin”, Kyartu”, “Tzbex”, “Duşeş”, “İkibir” ləqəbli kriminal avtoritetlər var.