“Bu bizim üçün də çox vacib məsələdir və biz bu prosesə başlamalıyıq” – deyə, M.Qriqoryan vurğulayıb “Bu bizim üçün də çox vacib məsələdir və biz bu prosesə başlamalıyıq” – deyə, M.Qriqoryan vurğulayıb

Ermənistan baş nazirinin müavini Azərbaycanla sərhədlərin delimitasiya və demorkasiyasını dəstəkləyir

“Bu bizim üçün də çox vacib məsələdir və biz bu prosesə başlamalıyıq” – deyə, M.Qriqoryan vurğulayıb

Ermənistanın daha bir vəzifəli şəxsi Azərbaycan ilə sərhədlərin delimitasiya və demorkasiyasının başlanmasına tərəfdar olduğunu bəyan edib.

Aznews.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, baş nazirin müavini Mqer Qriqoryan Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlamağın tərəfdarı olduğunu bildirib.

M.Qriqoryan bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Ermənistan ilə Azərbaycan arasında sərhəd probleminin həlli ilə bağlı açıqlamasına cavabında deyib.

O bildirib ki, Azərbaycan ilə sərhədlərin delimitasiyası və demorkasiyası məsələsi beynəlxalq tərəfdaşları da maraqlandırır və onlar da sərhədlərin tezliklə müəyyən olunmasını istəyirlər.

“Bu bizim üçün də çox vacib məsələdir və biz bu prosesə başlamalıyıq” – deyə, M.Qriqoryan vurğulayıb.