Bayramov, Lavrov, Mirzoyanın görüşü gözlənilir - İrəvandan açıqlama

"Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Moskvaya səfərini və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşünü konstruktiv və dürüst qiymətləndirir".

AzNews.az xəbər verir ki, bu barədə İrəvan mediası xəbər yayıb.

“Nümayəndə heyətlərinin geniş tərkibdə görüşü və danışıqları zamanı nazir Lavrovla səmimi söhbət etdik. Həqiqətən də konstruktiv müzakirə aparıldı" - deyə A.Mirzoyan bildirib.

O, Laçın dəhlizindəki aksiyalarla bağlı qeyd edib ki, dəhlizin açılması istiqamətində konkret addımlar gözləyir.

Mirzoyan onu da bildirib ki, Moskvada Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirləri arasında görüş keçirilməsi məsələsi müzakirə olunub: “Hazırda məsafədən danışıqlar aparılır. Sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərimizi veririk. Lakin yeni mərhələdə fiziki görüşlərə davam etmək lazımdır. Yaxın vaxtlarda belə bir görüşün keçirilməsi ehtimalı var”.

AzNews.az