- Qayıdış
- 5 İyun 2023 13:52
- 4 598
Ermənistanın atəşkəsi pozma cəhdləri: Paşinyan hərbi strukturlara nəzarət edə bilmir - AÇIQLAMA

"Sülh danışıqlarının intensivləşdiyi dövrdə ermənilərin atəşkəsi pozmasını belə anlamaq olar ki, Nikol Paşinyan hələ də ölkənin hərbi strukturlarına tam nəzarət edə bilmir".
Bunu AzNews.az-a mövzu ilə bağlı açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, hərbi strukturlar, eləcə də bizimlə sərhəddə yerləşdirilən hərbi hissələr Qarabağ klanının, revanşistlərin əlindədir.
"Ermənistan tərəfinin iddiasına görə, Kəlbəcər-Zod istiqamətində guya Azərbaycan Ordusu onların ərazilərinə daxil olub. Atəşkəs rejiminin pozulması revanşistlər və Qarabağ klanı tərəfindən tez-tez dəstəklənir. Bütövlükdə bu, Ermənistanın siyasətidir demək çətindir. Məsuliyyətin 90%-i Qarabağ klanının və revanşistlərin üzərinə düşür", - deyə Q. Hüseynli əlavə edib.
Politoloq bu qüvvələrin Ermənistan silahlı qüvvələrinin tərkibinə daxil olmalarına baxmayaraq, Qarabağ klanı və revanşistlər tərəfindən istiqamətləndirildiyini qeyd edib:
"Bu bir növ Ermənistan hərbi hakimiyyətində əsas istiqamət verici qüvvənin revanşistlər, o cümlədən Qarabağ klanı olduğunu təsdiqləyir".
Rəşid Qarayev,
AzNews.az