- Mədəni adam
- 30 Avqust 2022 19:11
- 7 479
XIV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Mədəniyyət Nazirliyindən məlumat verilib
18-26 sentyabr tarixlərində XIV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, festival üç böyük proqramdan ibarət olacaq: “Festivalın əsas proqramı”, “Üzeyir ənənəsinin sönməyən ulduzları” adı altında bu il yubileyləri olan musiqi xadimlərinə həsr olunan proqram” və “Üzeyir sənətinin gənclik sədaları” adı altında gənclik xətti”.
Festivala dünyanın müxtəlif ölkələrindən – ABŞ, Norveç, Fransa, Avstriya, Almaniya, Türkiyə, Yunanıstan, Qazaxıstan, Tatarıstan, Bolqarıstan, Macarıstan, Rusiya, Yaponiya, Cənubi Koreya, Almaniya, Gürcüstandan solistlər, dirijorlar, həmçinin kollektivlər dəvət olunub.