Hadisə rayonun “Kraz” yolu adlanan ərazidə qeydə alınıb. Hadisə rayonun “Kraz” yolu adlanan ərazidə qeydə alınıb.
  • Mahal
  • 30 Mart 2019 13:36
  •  2 683

Şəmkirdə betonqarışdıran maşın aşdı - ölən var

Hadisə rayonun “Kraz” yolu adlanan ərazidə qeydə alınıb.

Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

Hadisə rayonun “Kraz” yolu adlanan ərazidə qeydə alınıb. 57 yaşlı Eldəniz Arifli idarə etdiyi betonqarışdıran yük maşını ilə hərəkətdə olarkən idarə etməni itirib. Nəticədə yük maşını aşıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xilasedicilər sürücünün sıxılmış vəziyyətdə qalan meyitini çıxardaraq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır. (ONA)