- Mahal
- 31 Mart 2019 15:17
- 1 768
Sabah Göygöl Milli Parkına giriş pulsuz olacaq

Həmin gün ziyarətçilər Göygöl Milli Parkına giriş haqqından azad ediləcək.
Aprelin 1-də "dağ göllərinin diyarı" olan Göygöl Milli Parkının yaradılması ilə bağlı "Açıq qapı" günü keçiriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, həmin gün ziyarətçilər Göygöl Milli Parkına giriş haqqından azad ediləcək.
Nazirlik milli parkın dünyaca məşhur olan füsunkar təbiətindən zövq almaq istəyənləri bura dəvət edir.
AzNews.az