500 baş mal-qara çayda qaldı - Köməyə FHN gəldi

Ağdamda daşqın olub

Ağdam rayonunun Qarqarçay çayında daşqın baş verib.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Qarqarçay çayında suyun səviyyəsi kəskin artmış, nəticədə çayın Ağdam rayonunun Əfətli kəndi ərazisindən keçən hissəsində 2 nəfər (çoban) və təxminən 500 baş xırdabuynuzlu heyvan köməksiz vəziyyətdə qalıb.

Nazirliyin Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub və məsələ ilə bağlı aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Qarabağ Regional Mərkəzinin və Ağdam Rayon İcra Hakimiyyətinin yerli qüvvələri tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində 2 nəfər və heyvanlar xilas olunaraq təhlükəsiz əraziyə təxliyə edilib.

AzNews.az