Gəncədə yaşayış binasında yanğın oldu

Hadisənin baş vermə səbəbi araşdırılır

Gəncədə yaşayış binasında yanğın olub.

Hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Beşmərtəbəli binanın 5-ci mərtəbəsində Orxan Rzayeva məxsus 1 otaqlı evdə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə Gəncə şəhər Yanğından mühafizə hissəsinin 3 maşını və 20 canlı qüvvəsi cəlb olunub. Yanğının qonşuluqdakı evlə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.

İlkin ehtimala görə, yanğına səbəb elektrik xəttində qısaqapanma olub. Yanğın zamanı xəsarət alan olmayıb.

Hadisənin baş vermə səbəbi araşdırılır. (APA)

AzNews.az