Faktla bağlı araşdırma aparılır Faktla bağlı araşdırma aparılır
  • Mahal
  • 17 Noyabr 2019 18:48
  •  2 187

Qazaxda minik və yük avtomobilləri toqquşdu

Faktla bağlı araşdırma aparılır

Bakı-Qazax-Gürcüstan avtomobil yolunda xəsarətlə nəticələnən yol qəzası olub.

Hadisə magistral yolun Qazax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı 3 nəfər - 1986-cı il təvəllüdlü Əfqan Abdullayev, 1992-ci il təvəllüdlü Tamerlan Mehdiyev və 1977-ci il təvəllüdlü Vüqar Musayev xəsarət alıblar.

Yaralılar Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıblar.

Faktla bağlı araşdırma aparılır. (Report)

AzNews.az