Məharət Mustafayev və Əli Rüstəmli saxlanılıb Məharət Mustafayev və Əli Rüstəmli saxlanılıb
  • Mahal
  • 24 Avqust 2020 10:46
  •  4 135

Gəncədə sabiq vəzifəli şəxslərlə bağlı əməliyyat keçirildi - Yenilənir

Məharət Mustafayev və Əli Rüstəmli saxlanılıb

Baş Prokurorluq Gəncə şəhərində keçirilən əməliyyata münasibət bildirib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhər İcra Hakimiyyətində işləmiş vəzifəli şəxslərlə bağlı əməliyyat keçirilməsi ilə əlaqədar ictimaiyyətə yaxın vaxtlarda ətraflı rəsmi məlumat veriləcək.

***

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, əməliyyat nəticəsində icra hakimiyyətinin memarlıq şöbəsinin sabiq rəhbəri Məharət Mustafayev və Əli Rüstəmli saxlanılıb.