Şəhidin övladı xəstəxanadan Biləsuvar rayonuna yola salınıb Şəhidin övladı xəstəxanadan Biləsuvar rayonuna yola salınıb
  • Mahal
  • 17 Aprel 2021 23:54
  •  4 702

Şuşanın şəhid fatehi Sarvanın qızı doğuldu, adını "Sarvanə" qoydular

Şəhidin övladı xəstəxanadan Biləsuvar rayonuna yola salınıb

Ötən ilin 27 sentyabrından 10 noyabra qədər davam etmiş Vətən müharibəsində şəhid olan Sarvan Əli oğlu Mirzəyevin qız övladı dünyaya gəlib.

Şəhidin övladına Sarvanə adı verilib.

Şəhidin övladı xəstəxanadan Biləsuvar rayonuna yola salınıb.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, kəşfiyyatçı Sarvan Mirzəyev 1995-ci ildə Yardımlı rayonunun Zevin kəndində anadan olub, onun ailəsi sonralar Biləsuvar rayonuna köçüb.

S.Mirzəyev Vətən müharibəsinin son günlərində Şuşa istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Qəhrəman hərbçimiz döyüşlərdə şəxsi igidliyi və şücaətinə görə "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

AzNews.az