40 hektar olan sitrus meyvə bağının salınmasına 2018-ci ildən başlanılıb 40 hektar olan sitrus meyvə bağının salınmasına 2018-ci ildən başlanılıb
  • Mahal
  • 5 May 2021 20:34
  •  7 529

Astarada yeni sitrus meyvə bağı salınır

40 hektar olan sitrus meyvə bağının salınmasına 2018-ci ildən başlanılıb

Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində Astara rayonunda kənd təsərrüfatı məhsulları istehsalı və emalı sahəsinin inkişafı, o cümlədən intensiv bağçılıq təsərrüfatının yaradılması, çəltik dəyirmanın tikintisi, sitrus bağlarının salınması, çəltikçiliyin inkişafı istiqamətində tədbirlər davam etdirilir.

Dövlət Proqramının icrası ilə bağlı son illər Astarada fərdi təsərrüfatlar istisna olunmaqla, fermerlər və sahibkarlar tərəfindən yeni innovativ üsulların tətbiqi ilə 200 hektar intensiv subtropik və sitrus meyvə bağı salınıb.

Aznews.az xəbər verir ki, Astara rayonunun Ərçivan qəsəbəsində “İMANNA” MMC tərəfindən yeni sitrus bağı salınır.

Ümumi sahəsi 40 hektar olan sitrus meyvə bağının salınmasına 2018-ci ildən başlanılıb. Hazırda türkiyəli mütəxəssislərin iştirakı ilə təsərrüfatda 10 hektar sahədə “Miaqava” sortu yapon naringi tinglərin ən yeni üsullarla əkini, müasir suvarma sistemlərinin qurulması davam edir.

Bundan başqa. “İMANNA” MMC-nin rayonda sutkalıq gücü 40 ton olan çəltik dəyirmanı, 34 hektar çəltik sahəsi var.

Rayon rəhbərliyi təsərrüfatda görülən işlərlə yerində tanış olub, sahibkarın problemləri ilə maraqlanıb tövsiyələrini verib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tapşırığına uyğun olaraq Dövlət Proqramının icrası ilə əlaqədar Astara rayonu üçün xarakterik olan kənd təsərrüfatı sahələrinin, əsasən subtropik və sitrus meyvə bağlarının sahəsi son illər xeyli genişləndirilib, yeni bağlar salınıb.

Sitrusçuluğun inkişaf etdirilməsinə təsir edən əsas amillərdən biri fermer və sahibkarlara güzəştli qaydalarla gübrələrin verilməsi və subsidiyaların tətbiq edilməsidir. Təkcə ötən il rayonda fermer və sahibkarlara güzəştli şərtlərlə 350 ton gübrə verilib, 483 min 261 manat subsidiya ödənilib./AZƏRTAC/

image description image description image description image description