- Mahal
- 8 İyun 2022 11:40
- 6 044
Füzuli RİH başçısı növbəti səyyar qəbul keçirib

Səyyar qəbul zamanı çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vətəndaşların problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə məcburi köçkün ailələrinin məskunlaşdıqları 3 nömrəli Qayıdış qəsəbəsində səyyar qəbul görüşü keçirilib.
AzNews.az xəbər verir ki, görüşdə rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Alı Alıyev Prezident cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək, onların problemlərinin yerində həll olunması barədə tapşırıqlarının Füzuli rayonunda daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.
Alı Alıyev bildirib ki, 980 məcburi köçkünün yuaşadığı 3 nömrəli Qayıdış qəsəbəsində vətəndaşların işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün növ imtiyazlardan istifadə edirlər. Qəsəbə sakinlərinə məcburi köçkün kimi hər ay vahid aylıq müavinət ödənilir.
3 nömrəli Qayıdış qəsəbəsində icra nümayəndəliyi, məktəb, uşaq bağçası, tibb məntəqəsi, kitabxana, musiqi məktəbi, baytarlıq məntəqəsi, yanğın mühafizə dəstəsi və s.infrastruktur obyektləri fəaliyyət göstərir. Qəsəbə sakinləri müvəqqəi pay torpağı ilə təmin olunublar.
Səyyar qəbulda Rayon elektrik şəbəkəsi, Suvarma Sistemləri İdarəsi, Qaz İstismar sahəsi, Su-Kanal idarəsi və digər xidmət təşkilatlarının rəhbərləri qəsəbə sakinləri qarşısında hesabat veriblər.
Səyyar qəbulda bildirilib ki, qəsəbə sakinlərinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq, bostan-tərəvəz, quşçuluq, barama, pambıq və şəkər çuğunduru becərməkdir.
Səyyar qəbulda ayrı-ayrı sahələrə dair məcburi köçkünlər tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, həlli rayon səviyyəsində mümkün olmayan müraciətlər nəzarətə götürülərək aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılıb.
Səyyar qəbul zamanı çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.




