• Mahal
  • 3 İyun 2023 10:19
  •  4 990

Naxçıvanda IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir.

Aznews.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında imtahan Naxçıvan şəhər 5 və 14 nömrəli tam orta məktəblərdə keçirilir. Bunun üçün 36 imtahan zalı ayrılıb. İmtahana 6 rəhbər, 44 nəzarətçi müəllim ayrılıb. İmtahanda muxtar respublikadan 445 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahan saat 11:00-da başlanır, 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
Kütləviliyin qarşısının alınması məqsədilə, imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və abituriyentlərin buraxılış vərəqəsində həmin vaxt göstərilib.

İmtahanda abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunacaq ki, bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

İmtahan müddəti 3 saat təşkil edir.
Bu gün həmçinin I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə də imtahan keçirilir.