Qazaxıstan Baş nazirinin müavini sərbəst peşə ilə məşğul olan həmyerlilərini vicdanlı olmağa və gəlirlərini paylaşmağa çağırıb. Qazaxıstan Baş nazirinin müavini sərbəst peşə ilə məşğul olan həmyerlilərini vicdanlı olmağa və gəlirlərini paylaşmağa çağırıb.

“Bölüşmək və rahat yatmaq lazımdır” - Baş nazirin xanım müavini

Qazaxıstan Baş nazirinin müavini sərbəst peşə ilə məşğul olan həmyerlilərini vicdanlı olmağa və gəlirlərini paylaşmağa çağırıb.


AzNews.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, Baş nazirin müavini Dariqa Nazarbayeva rəsmən işi olan şəxslərin tibbi sığortadan faydalanmasını ədalətsizlik adlandırıb: "2 milyon 700 min nəfər rəsmən işləyən və vergi ödəyən bütün vətəndaşlar kimi pulsuz tibbi yardım alır. Ölkə büdcəsinə bir qəpik belə ödəməyən bu şəxslərin övladları pulsuz təhsil alırlar, pulsuz peşə ixtisasına yiyələnirlər, sosial müdafiəyə, yaşa görə pensiyaya iddia edirlər - bu, ədalətsizlikdir.

"Əlbəttə ki, ölkə bir tərəfdən buna göz yumurdu. Çünki insanlar bir şəkildə özlərini işlə, qazancla təmin edirlər. Lakin əgər biz sosial sferanın yüksək səviyyəyə çatdırılmasını, yaxşı yollarımızın olmasını, uşaqlarımızın yaxşı təhsil almasını və hər birimizin qocalıqda layiqli həyata ümid etməsini istəyiriksə, bu, bizim xoşumuza gəlsə də, gəlməsə də vergiləri ödəməliyik. Ölkənin bütün inkişafı buna bağlıdır" , - deyə Nazarbayeva əlavə edib.

Nazarbayeva bildirib ki, bir çox ölkələrdə vergitutmalar Qazaxıstandakından 2-3 dəfə çoxdur və Skandinaviya ölkələrində vətəndaşların 60-70 faiz gəliri vergi şəklində büdcəyə gedir: "Bizdə çox liberal vergi siyasəti mövcuddur. Ona görə də demək istəyirəm ki, vicdanlı olmaq lazımdır. Xəsislik etmək lazım deyil. Vergi vermək, bölüşmək və rahat yatmaq lazımdır. Necə ki bizim prezidentimiz deyir"
"Ona görə də tibbi sığorta sistemində nəzərdə tutulur ki, tibbi sığorta şəxsi peşə ilə məşğul olan şəxslərə şamil olunmayacaq. Ona görə yox ki biz onları tamamilə kənarlaşdırmaq istəyirik. Əgər o heç yerdə işləmirsə məşğulluq mərkəzinə gedir və burada işsiz kimi qeydiyyata alınır. Müvafiq müavinətlər alır. Məşğulluq mərkəzi onu istədiyi peşə ixtisasını alması üçün təhsil almağa göndərir. Bütün bunlar büdcə pulları hesabına həyata keçirilir. Sonra onu işə düzəlirlər. Sadəcə çalışmaq və vergiləri ödəmək lazımdır"
, - deyə Baş nazirin müavini bildirib.

Onun fikrincə, müvafiq sistem kifayət qədər aydın və ədalətlidir.

Aydan AXUNDOVA