ABŞ-dan Rusiyaya - Müharibə mesajı

ABŞ-ın Avropa komandanlığının komandanı general Filip Bridlav ehtiyac olarsa, Rusiyaya hücum edə biləcəklərini açıqlayıb.


ABŞ Nümayəndələr Palatasında çıxış edən general ABŞ Avropa Komandanlığı (EUCOM) ve NATO-nun Rusiya ilə müharibəyə hazır olduğunu bəyan edib.

Rusiyanın ABŞ və NATO ilə düşmənliyi seçdiyini bildirən Bridlav deyib ki, Rusiya ABŞ və onun Avropadakı müttəfiqləri üçün təhdiddir. Onun sözlərinə görə, Rusiya dünya tərəfindən tanınan beynəlxalq qaydaları yenidən yazmağa çalışan Rusiya "tampon bölgə" yaratmaq üçün qonşu ölkələr üzərindəki mübahisəsiz nüfuzundan istifadə etmək niyyətindədir. Amerikalı general "Rusiya Transatlantika bölgəsindəki birliyimizi pozmaq istəyir" deyib.

Qeyd edək ki, Bridlav yanvarın sonunda hazırladığı strateji hesabatda Rusiyanı başlıca təhdid kimi dəyərləndirmişdi.

Musavat.com