Suriyada Rusiya polkovniki həlak olub

Rusiyalı polkovnik Ruslan Qalitski Suriyada hərbi əməliyyat zamanı aldığı güllə yarasından dünyasını dəyişib.


AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Suriyada hərbi əməliyyat nəticəsində aldığı güllə yarasından yaralanan Rusiya qoşunlarının polkovniki Ruslan Qalitski xəstəxanada ölüb.

"Rusiyalı tibb işçiləri bir neçə sutka ərzində onun həyatını xilas etmək üçün mübarizə aparıb. Zabit Alepponun qərb hissəsində artilleriya atəşi nəticəsində yara alıb", -deyə Rusiya Müdafiə Nazirliyindən verilən məlumatda qeyd olunub.

Qalitski Suriyada Rusiya hərbi məsləhətçiləri qrupunun tərkibində tapşırıqları yerinə yetirirdi. O, ölümündən sonra yüksək dövlət mükafatına layiq görülüb.

Aydan AXUNDOVA