Trampdan Makrona maraqlı təklif - “Nömrəni ver, danışaq”

ABŞ prezidenti Donald Tramp fransız həmkarı Emmanuel Makronla görüş zamanı onunla "birbaşa" ünsiyyət saxlamaq arzusunu ifadə edib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun üçün o, Makrona şəxsi nömrələri bir-birinə təqdim etməyi təklif edib.

“Mənim şəxsi nömrəsi istəyirsiz? Bu yolla biz birbaşa əlaqə saxlaya bilərik” - görüş zamanı Tramp belə deyib.