ABŞ-ın havanın çirkli olmasına görə mübarizə aparan Hindistana çirkli yanacaq ixrac etdiyi məlum olub. ABŞ-ın havanın çirkli olmasına görə mübarizə aparan Hindistana çirkli yanacaq ixrac etdiyi məlum olub.

ABŞ-ın çirkli yanacaq satdığı məlum oldu - “Biz dünyanın zibil qutusu olmamalıyıq”

ABŞ-ın havanın çirkli olmasına görə mübarizə aparan Hindistana çirkli yanacaq ixrac etdiyi məlum olub.

AzNews.az xəbər verir ki, Associated Press tərəfindən aparılan bir araşdırmada, ABŞ-ın ölkə daxilində sata bilmədiyi qətran qumları və ağır yanacaqdan artıq qalan məhsulları Hindistana ixrac etdiyi məlum olub. ABŞ-ın 2016-ci ildə Hindistana 8 milyon kubmetr yanacaq göndərdiyi bildirilən araşdırmada karbon və kükürd tərkibli olduğuna görə, olduqca zərərli olan yanacağın çox ucuz və yüksək istilik dəyərinə malik olduğu qeyd olunub.

Sağlamlıq və ətraf mühit məsələləri üzrə ekspertlər dünyanın ən böyük neft koksu istehsalçısı olan ABŞ-ın ətraf mühit problemini ixrac etdiyinə diqqət çəkiblər.

Hindistan Ətraf Mühitin Mühafizəsi İdarəsi ABŞ-dan idxal edilən yanacaqda normal kömürdən 17 qat daha çox kükürd olduğunu vurğulayıb.

Hindistan Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəsmisi Sunita Narain, "Biz dünyanın zibil qutusu olmamalıyıq. Onsuzda havanın çirkli olmasına görə mübarizə aparırıq", - deyə bildirib.

Dehlidə yaşayan 63 yaşlı sakin Satye Bir bildirib ki, paytaxtın havası çirkli olduğuna görə, astma spreyindən istifadə edir: "Hayatım bitdi. Ağciyərlərim korlandı. Nəfəs ala bilmirəm".

Hindistanda hava çirkliliyi səbəbindən hər il təxminən 1.1 milyon adam ölür.

Ölkədə olan uşaqların 50 faizində ağciyər funksiyasında azalma olduğu bildirilir.