“Barselona”nın müdafiəçisi Jerar Pike və həyat yoldaşı Şakira oğurluğun qurbanı olublar. “Barselona”nın müdafiəçisi Jerar Pike və həyat yoldaşı Şakira oğurluğun qurbanı olublar.

Məşhur cütlük qarətə məruz qaldı

“Barselona”nın müdafiəçisi Jerar Pike və həyat yoldaşı Şakira oğurluğun qurbanı olublar.

AzNews.az-ın məlumatına görə, cütlüyün Lobreqa de Esplikedəki (Barselona) evləri qarət olunub. Bir sıra dəyərli əşyalar oğurlanıb.

Hadisə zamanı Pike İspaniya millisinin düşərgəsində, ulduz müğənni isə Almaniyanın Köln şəhərində qastrol səfərində olub. Bu da oğruların iş başına keçməsi üçün əlverişli şərait yaradıb.

Pikenin valideynləri qarətlə bağlı Kataloniya polisinə müraciət ediblər. Oğrular evə heç bir ziyan vurmayıblar.