İyulun 25-də Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində törədilən terror aktını İŞİD qruplaşması öz üzərinə götürüb. İyulun 25-də Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində törədilən terror aktını İŞİD qruplaşması öz üzərinə götürüb.

Pakistanda törədilən terror aktını İŞİD törədib

İyulun 25-də Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində törədilən terror aktını İŞİD qruplaşması öz üzərinə götürüb.

AZƏRTAC xəbər verir ki, bu gün Pakistanda keçirilən parlament seçkilərinə mane olmaq üçün törədilən terror aktında son məlumata görə 31-dən çox insan həlak olub, 40-dan artıq yaralı var.

Pakistan mətbuatının yaydığı məlumata görə, partlayışı terrorçu-kamikadze şəhərdəki seçki məntəqələrinin birinin yaxınlığında törədib. Həlak olanlar arasında beş polisin olduğu da bildirilir.

AzNews.az