Ermənistanın ikinci prezidenti Robert Koçaryan ifadə vermək üçün Xüsusi İstintaq Xidmətinə gedib. Ermənistanın ikinci prezidenti Robert Koçaryan ifadə vermək üçün Xüsusi İstintaq Xidmətinə gedib.

Koçaryan Xüsusi İstintaq Xidmətində ifadə verir

Ermənistanın ikinci prezidenti Robert Koçaryan ifadə vermək üçün Xüsusi İstintaq Xidmətinə gedib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu xidmətin mətbuat katibi Marina Ohancanyan deyib.

Bildirilib ki, Koçaryan istintaqın video-lentə alınmasını istəyib. Mətbuat katibinin sözlərinə görə, R.Koçaryanın ifadəsi cinayət işinə əlavə ediləcək: “Ancaq, bu, videoyazının yayılacağı demək deyil”.

Qeyd edək ki, Robert Koçaryan 2008-ci il martın 1-də baş vermiş hadisələrlə bağlı dindirilir. Həmin tarixdə seçkinin nəticələrinin Serj Sarkisyanın xeyrinə saxtalaşdırlmasına qarşı etiraz aksiyası keçirilib. Aksiya güc tətbiqi ilə yatırılıb. Nəticədə 10-dan çox dinc askiya iştirakçısı öldürülüb.

AzNews.az