2020-ci ildə Barselonada İqtisadiyyatın Transformasiyası üzrə Dünya İctimai Forumu keçiriləcək. 2020-ci ildə Barselonada İqtisadiyyatın Transformasiyası üzrə Dünya İctimai Forumu keçiriləcək.

Barselona üçün vacib qərar

2020-ci ildə Barselonada İqtisadiyyatın Transformasiyası üzrə Dünya İctimai Forumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, forumun işində 10 mindən çox adamın iştirakı gözlənilir. Forumun həmtəşkilatçısı - RIPESS Beynəlxalq Uzlaşdırılmış İqtisadiyyat Şəbəkəsi tədbiri Barselonada keçirməyi təklif edib. Təşkilatçıların fikrincə, bu şəhərdə uzlaşdırılmış iqtisadiyyat fəal inkişaf edir. Həmçinin bu şəhərdə ictimai mübarizəyə və innovasiya meyillərinə tarixən böyük hörmətlə yanaşırlar.

Kataloniya Uzlaşdırılmış İqtisadiyyat Şəbəkəsinin (XES) nümayəndələrinin sözlərinə, forum dünyada mövcud olan, müasir iqtisadi və maliyyə sisteminə real alternativ yaratmağa çalışan bütün təşəbbüsləri birləşdirəcək. XES-in üzvü, iqtisadçı R.Surinyaç hesab edir ki, hazırda dünyada hakim olan neoliberal kapitalizm iflasa uğrayıb və onun yeni formaya keçməsi üçün iqtisadiyyatın transformasiya növləri fəallaşdırılmalıdır.

Barselona beş əsas istiqamət üzrə dünya iqtisadiyyatında dəyişikliklərin paytaxtına çevriləcək: feminist iqtisadiyyat; aqroiqtisadi hərəkat və ərzaq suverenliyi; təbii, şəhər və rəqəmsal resurslar; sosial və uzlaşdırılmış iqtisadiyyat; ədalətli ticarət və dürüst maliyyyələşdirmə.

Forum iki mərhələdən ibarət olacaq. Birinci mərhələ 2019-cu ilin baharına təsadüf edəcək. İctimai təşkilatların və universitet tədqiqatçılarının nümayəndələri ictimaiyyəti iqtisadiyyata alternativ baxışlarla tanış edəcəklər. İkinci mərhələ isə 2020-ci ilin baharında keçiriləcək. Bu mərhələ bir həftə davam edəcək, zəngin mədəni proqramla müşayiət edilən konfrans və baş assambleyalardan ibarət olacaq.

AzNews.az