İran prezidenti Həsən Ruhaninin müşaviri Həmid Əbuturabi ABŞ prezidenti Trampın İranla qeyd-şərtsiz görüş keçirmə fikiri ilə bağlı münasibət bildirib. İran prezidenti Həsən Ruhaninin müşaviri Həmid Əbuturabi ABŞ prezidenti Trampın İranla qeyd-şərtsiz görüş keçirmə fikiri ilə bağlı münasibət bildirib.

İran ABŞ-la görüş şərtini tvitlə açıqladı

İran prezidenti Həsən Ruhaninin müşaviri Həmid Əbuturabi ABŞ prezidenti Trampın İranla qeyd-şərtsiz görüş keçirmə fikiri ilə bağlı münasibət bildirib.

O, şəxsi Twitter hesabında yazıb ki, İran millətinə hörmət, düşmənliklərin azaldılması və ABŞ-ın nüvə anlaşmasına qayıtması görüş üçün zəmin yarada bilər.

Aznews.az “sputniknews”a istinadən bildirir ki, Donald Trampın İtaliya baş naziri Cüzeppe Konte ilə Ağ evdə keçirdiyi mətbuat konfransında ABŞ prezidenti İranla görüş barəsində danışıb. O, İranın istəyi olduğu halda iki ölkə arasında görüşün baş tuta biləcəyini bildirərək, başqaları ilə görüşməyin problem olmadığını, xüsusilə, müharibəyə hazırlıq dövrü və ölümlərin ola biləcəyi vaxtda bunun normal olduğunu qeyd edib. Şimali Koreya lideri ilə görüşünü xatırlatmış Tramp Ruhani ilə də heç bir şərti olmadan görüşə biləciyini vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti D.Tramp 2015-ci ilin 14 iyulunda Avstriyanın paytaxtı Vyanada “P5+1” (ABŞ, Çin, Rusiya, İngiltərə, Fransa, Almaniya) və İran arasında imzalanmış, 2016-cı ilin 16 yanvarından qüvvədə olan nüvə anlaşmasından çıxmaları və İrana qarşı sanksiyaların tətbiqinə davam ediləcəyini bildirmişdi. Tramp hökuməti öz müttəfiqlərindən İrandan neft idxalını noyabr ayına qədər minimuma endirməsini tələb edir.

Nurlan Ağa