Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) açıqladığı məlumata görə, 2018-ci ildə dəniz yolu ilə İspaniyaya 27 577 qeydə alınmış miqrant və Avropadan sığınacaq istəyən şəxs gəlib. Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) açıqladığı məlumata görə, 2018-ci ildə dəniz yolu ilə İspaniyaya 27 577 qeydə alınmış miqrant və Avropadan sığınacaq istəyən şəxs gəlib.

Miqrantlar ən çox bu ölkəyə gəlirlər

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) açıqladığı məlumata görə, 2018-ci ildə dəniz yolu ilə İspaniyaya 27 577 qeydə alınmış miqrant və Avropadan sığınacaq istəyən şəxs gəlib.

AZƏRTAC RTVE ümummilli ictimai yayım təşkilatına istinadla xəbər verir ki, BMqT-nin statistik məlumatına görə, İspaniya 2018-ci il yanvarın 1-dən avqustun 22-dək Aralıq dənizi ilə Avropa qitəsinə gəlmiş 65 576 miqrantın və sığınacaq istəyən şəxsin 42 faizinin təyinat yeridir.

Bu rəqəm 2017-ci ilin eyni dövrünün göstəricisindən üç dəfədən çoxdur. Onda İspaniya sahillərinə təqribən 8700 insan pənah gətirmişdi.

BMqT-nin məruzəsində göstərilir ki, 2018-ci ilin ilk beş ayı ərzində İspaniya sularında 5850 insan, o cümlədən qadınlar və uşaqlar xilas edilib. Bu da gündə orta hesabla 54 nəfər deməkdir.

İspaniyanın “Salvamento Marítimo” axtarış-xilasetmə agentliyi avqustun 24-də Alboran dənizinin sularında üç qayıqda İspaniya istiqamətində üzən 120 kişini və 14 qadını xilas edib.

AzNews.az