Sinada hərbi məntəqəyə hücum: 2 ölü, 7 yaralı

Misirdə hərbi yoxlanış məntəqələrindən birinə şəxsiyyəti məlum olmayan qrup tərəfindən silahlı hücum təşkil edilib.

Hücum nəticəsində 2 mülkü vətəndaş ölüb, 3-ü əsgər olmaqla 7 nəfər yaralanıb. Hadisə Sinanın Nahal şəhərində əsgər və polislərin ortaq istifadə etdiyi yoxlanış məntəqəsində baş verib.

Rəsmi orqanlar hücumla bağlı ətraflı açıqlama verməsələr də , yaralıların Süveyş xəstəxanasına yerləşdirildiyi bildirilir.

Qeyd edək ki, Misirdə ordunun hakimiyyəti ələ keçirməsindən sonra silahlı qruplar Sinanın Qəzza sərhədindəki Əl-Ariş, Rifah və əş-Şeyx Züveyd şəhərlərində ordu və polisə aid yoxlama məntəqələrini hədəfə alıblar.

Elman
AzNews.az