Bağdadda partlayış: 65 ölü

İyulun 20-də Bağdadda terrorçular tərəfindən törədilmiş 14 partlayış ən azı 65 nəfərin həyatına son qoyub, 200-dək insan isə yaralanıb.

Polisin açıqlamasına əsasən, partlayışlardan 13-ü birbaşa Bağdadda, biri isə paytaxt ətrafındakı Madain şəhərində törədilib. Partladıcı qurğuların əksəriyyəti avtomobillərə yerləşdirilib, biri isə yolun kənarında quraşdırılıb.

Terror aktları mağaza və kafelərdə insanların daha çox olduğu vaxtda törədilib.

Qeyd edək ki, iyul ayında İraqda artıq 500-dən çox insan terror aktlarının qurbanı olub.

AzNews.az