- Köhnə - Dünya
- 30 İyul 2013 12:10
- 1 972
Artıq çəkiyə görə ölkədən deportasiya olunur

Albert Buytenqus 2007-ci ildə həyat yoldaşı ilə birlikdə Yeni Zellandiyaya işləməyə gəlir. Ölkəyə gələn aşpazın çəkisi əvvəlcə 160 kiloqram olsa da o 6 il ərzində o 30 kq arıqlayaraq 130 kiloqram çəkiyə düşüb. Yeni Zellandiya hökuməti aşpazın arıqlamaq istiqamətində atdığı addımlara baxmayaraq, onu ölkədən deportasiya etmək istəyir. Miqrasiya Xidməti mətbuat katibinin sözlərinə görə, onlar aşpazın səhhətindən narahat olduqları üçün dəfələrlə onun işdən çıxarılmasına göstəriş versələr də, aşpaz öz peşəsindən uzaqlaşmaq istəmir.
"Biz təklif etdik ki, o bu işlə məşğul olmasın. Bu onun səhhətinə ziyandır", - deyə mətbuat katibi bildirib. İndi aşpaz həyat yoldaşı ilə birlikdə Oklend şəhərində müvəqqəti sığınacaq alıb. Albertin sözlərinə görə o Miqrasiya Xidmətini məhkəməyə verib. Aşpaz bildirib ki, onun vətəndaşlığının əlindən alınması heç bir normaya sığımır və deportasiya qərarı düzgün seçim yolu deyil.
Məlumat üçün deyək ki, Yeni Zellandiya əhalisi artıq çəkidən əziyyət çəkən ölkələr arasında ilk yerlərdədir.
Aynur Hüseynova
AzNews.az