On kişidən altısı qadın zorlayıb- Sorğu

"Ömrünüzdə heç qadın zorlamısınızmı?" – bu sualla Asiya ölkələrində sorğu keçirilib.

Sualı verərkən xüsusi izah olunub ki, "qadın" deyəndə yad qadınlar nəzərdə tutulur, həyat yoldaşı və ya sevgili nəzərdə tutulmur.

Sorğuda iştirak edən kişilərin 10 faizi bu suala "hə" deyib.

Sorğu 6 ölkədə 10 min kişi arasında keçirilib.

BMT – nin təşkil etdiyi sorğuda məqsəd qadınlara qarşı zorakılığın nə qədər geniş yayılmasını və bunun arxasında duran səbəbləri öyrənmək idi.

Cavablar ölkədən-ölkəyə fərqli olub.

Papua Yeni Qvineyada 10 kişidən 6-sı nə vaxtsa qadın zorladığını deyib.

Banqladeşin şəhərlərində bu suala cavablar kəndlərində verilən cavablardan xeyli fərqli olub.

Banqladeşin kəndlərində zorlama şəhərlərindən 50 faiz yuxarıdır.

Zorlamanı etiraf edən kişilər sayı ( faizlə )

Papua Yeni Qvineya - 62 %
İndoneziya ( Papua Vilayəti) – 48,6 %
İndoineziya (şəhərlər) – 26,2%
Çin (şəhərlər/kəndlər) - 22,2 %
Kamboca – 20,4 %
İndoneziya (kəndlər) – 19,5%
Şri Lanka – 14,5 %
Banqladeş (kəndlər) – 14,1 %
Banqladeş (şəhərlər) – 9,5 %

4 SƏBƏB

BMT hesabatını doktor Emma Fulu hazırlayıb. O, zorlamanın səbəblərini də araşdırıb. Fulu deyir ki, birinci səbəb odur ki, "kişilərin fikrincə, onların seksə haqqı var, qadının razılığının əhəmiyyəti yoxdur".

İkinci səbəb əyləncədir. Fulu : "onlar bunu ona görə ediblər ki, bu, əyləncəlidir ya da onlar darıxırlarmış, özlərinə əyləncə axtarırlarmış".

Üçüncü səbəb qadını cəzalandırmaq olub.

Dördüncü səbəb, alkoholdur. Fulu deyir ki, səbəblər arasında sərxoşluğun axırıncı yerdə olması isə onun üçün gözlənilməz olub.

Fulunun sorğuda ortaya çıxardığı bir səbəb də maraqlıdır.

Məlum olub ki, hansı kişi ki, uşaqlıqda seksual təcavüzə məruz qalıb, onun özü böyüyəndə çox böyük ehtimalla kimi isə zorlayır.

Papua Yeni Qvineyada kişilərin 60 faizinin nə vaxtsa zorlamada iştirak etməsi kimi çox yüksək göstəricini də burda sorğunu keçirən professor Rachel Jewkes bu regionun məhz zorakılıq tarixçəsi ilə izah edir.

Sorğu Papua Yeni Qvineyanın Bougainville regionunda keçirilib. Bu regionda 1980-cı illərdən 2005-ci ilə kimi dağıdıcı konfliktlər olub.

Jewkes: "Biz ruhi sağlamlığa baxsaq, burda post-travmatik stressin, o cümlədən nəzarət oluna bilməyən agressiyanın dağıdıcı rolunun nə qədər yüksək olduğunu görə bilərik."(teleqraf.com)

AzNews.az