- Ermənistan və Gürcüstan
- 11:48
- 1 035
Gürcüstanda qətl sifariş edən azərbaycanlı kriminal avtoritetlə əlaqəli daha 2 nəfər saxlanılıb
Gürcüstanın Kvemo Kartli bölgəsində adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah almaq, saxlamaq və gəzdirmək ittihamı ilə əlaqədar daha iki nəfər saxlanılıb.
Aznews.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
Üçgünlük müddətin başa çatmasından sonra həmin kənddə avtomobili ilə hərəkət edən S.A.-nın oğluna naməlum şəxslər atəş açıblar, nəticədə xəsarət alan olmayıb.
Cinayətdə iştirak edən daha bir nəfər axtarışa verilib. Törədilmiş cinayət əməli 15 ilədək həbslə cəzalandırılır.
Qeyd edək ki, ötən gün Marneulidə də Elmuraz Məmmədovla əlaqəli iki nəfər saxlanılıb. Həmin şəxslər Məmmədova 50 min ABŞ dolları köçürməkdən imtina edən iş adamına məxsus avtomobil ehtiyat hissələri mağazasının fasadına atəş açıblar.
Bundan başqa, iki gün öncə Qabal kəndində Məmmədova 200 min ABŞ dolları ödəməkdən imtina edən şəxsi qətlə yetirmək sifarişi almış, lakin onu yerinə yetirə bilməmiş 18 yaşlı gənc saxlanılıb.
Xaricdə olan Elmuraz Məmmədov İnterpolun “qırmızı xətti” ilə axtarışdadır.